ŞƏHLA NİHAN

Göl sahilindəki tənha ev

14 Noyabr, 2016
492
ruh mələk macəra təcili yardım


Başlarınınsa üstündən yalnız onların eşidə biləcəyi bir səs dalğalanirdı fəzaya:
“....... mən daim pisliklər istəyən, amma  yaxşılıqlar törədən böyük bir qüdrətin .....” 



Zəifliyi və halsızlığı soyuqdəymə ilə aclığın ayağına yazdı, amma başındakı zindan ağırlığını heç nə ilə əlaqələndirə bilmirdi. Birdən beynində sanki boşalma baş verdi, kəllə qutusu qaynar məhlulla dolmağa başladı. Daha baş verənləri müşahidə və analiz etmək iqtidarında deyildi,...gözləri yumuldu.., uzaqlara aparıldı, çox uzaqlara..  Animi, müddətlimi oldu bu xaos, anlamadı. Minilərcə kvarklara parçalandı sanki, bölünüb yayıldı, səpələnib bir dünya boyda məchulluğa dönüşdü..., və bu möhtəşəm intişardan sonra yığılmanı, büzülmə, düyülməni yaşadı, bir nöqtəyə - yenidən tamlıq təşkil edən  bir varlığa., olumunu bir daha duydu. Əvvəlcə bu dəyişmədən müdhiş bir vəhşət bürüdü onu, özünü çarpayısında yox, qarşı divarda, evin yuxarı küncündə hiss etdi. Amma tamlığı ilə orda deyildi. Başqa bir “mən” də aşağıda, yataqda uzanmışdı, onun yatağında.., və bu “mən” eynən özü idi. Amma heç görəsi halı qalmamışdı., büzüşüb yumağa dönmüşdü. Bir müddət tavandan asılıb çarpayıdakı proyeksiyasına baxdı, varlığının form dəyişikliyi çox-çox qəribə gəldi ona.

“Ölmüşəm yəni?” – düşündü – “Ölüm buymuş? .. Allah rəhmət....” bitirə bilmədi.


***

bu soyuqluq, ağ yeknəsəklikdə son dərəcə yöndəmsiz və qrotesk görünən  Çester sofası., açıq boz rəngli.  Və...və otağın sakinləri:  KonsTer  və  İnstEr.

Dolu vücudlu, cınaqlı, uzun bakenbardlı, sol qulağında nazik meyal halqa olan, bir qədər apatik,  bu -  KonsTerdir. Boyu güdə, sısqa, seyrək dişli, keçisaqqal, son dərəcə çevik, ötkəm – bu da İnstEr. Hər ikisi metal parıltılı kombinezonlarda, hər ikisinin gözləri soyuq şüşə parıltılı..

KonsTer gəmiyə yeni daxil olub, sofaya çökmüş və ayağını ayağının üstə aşırıb yarımmürgülü halda oturmuşdu. Monitor önündəki yoldaşı isə müxtəlif məkanlardan aldığı siqnallarla işləyir, aradabir əli altındakı onlarca qurğuya da nəzarət edirdi. Bir qədərdən sonra Koya tərəf dönüb alçaq səslə nəsə dedi. Ko gözünün birini açıb, ona cavab verdi.  İn eyni tonla tenə nəsə dedi. Ko ikinci gözünü də açdı  və monitora yaxinlaşdı. Bir yerdə nəyisə müzakirə etdilər. Beş dəqiqəmi, on dəqiqəmi, ..vaxtı ölçən olmadı., heç kimin ağlına da gəlmədi bu, çünki vaxt deyilən şey yox idi orda., və buna təəccüblənmək də həmçinin.., heç kimin ağlına gəlmədi., çünki adi bir şey idi.

Hər cür insani hiss, heyvani instinkt, və digər bu sıra bizə məlum meyarlardan xali 2 vücud.., 2 boz mələk...


***

Qəsəbə ilə şütüyən təcili yardım maşını filanıncı küçəni keçib, filanıncı evin qarşısında dayandı. Maşından 2 tibb işçisi düşdü, özləri ilə xərək götürüb, filan mənzilə qalxdılar. İrəlidə gedən bir qədər tosqun, şaqqalı, sol qulağı sırğalı,  arxada gələnsə qısaboy, keçisaqqal, dişləri seyrək, çevik birisi idi. Ünvana çatdılar. Qapının heç zəngini də basmadılar, bilirdilər ki, açan olmayacaq.  Rahatca bağlı qapıdan keçib, mənzilə daxil oldular. Tavandan asılmış ruh “gözlərini” bərəldib onlara baxırdı. Ağ xalatlılar onu əlbəttə ki, görürdülər, amma özlərini o yerə qoymurdular.  Onların biri masa arxasına keçib, çantasını açdı, kağızlarını çıxarıb, qeyd götürməyə hazırlaşdı. İkinci isə çarpayıdakı bədənə yaxınlaşıb, yarım dəqiqəlik müşahidə-müayinədən sonra xülasəsini verdi:

- Yaz, Ko. Nəbz, nəfəs itib. Soyuyub, kənar qıcıqlara heç bir reaksiya yoxdur. Pışık bəbəyi sindromu. Hemorragik insultdan keçinib. .....dolce vita..

- Bizlikdi. Tamam. Getdik, İn.

Daha çox danışmadılar, ölünü, ya xəstəni... ya  ölü xəstəni.., yox, xəstə ölünü xərəyə uzadıb özləri ilə apardılar.

Ruh isə maşının arxasınca uçaraq, dad-fəryad qoparırdı. “Məni hara aparırsız, oğrular!?... Mən ölmüşəm! Əl çəkin məndən!  Adamı adam kimi ölməyə də qoymurlar...!”


***

Xərəyi liftə qoyub cərrahiyyə blokuna qaldırdılar. Bədən cərrahiyyə masasına köçürüldü və.... əməliyyata başlanıldı. Narkoz-filan, hər şey qaydasınca gedirdi. Bütün bunları müşahidə edən ruhun  “ağzı” açıla qalmışdı. Axı cəsəddə narkozla operasion aparmaq kimin ağlına gələrdi?.. “Macəralarım hətta öləndən sonra da  məni tərk etmir”  fikirləşən ruh özünə toxtaq verməyə başladı:  “Əşşi, nə edirlər etsinlər, daha bundan da pis olmayacaq ki...onsuz da ölmüşəm. Ən əsası odur ki, mən heç bir ağrı hiss etmirəm., yaxşı ki, narkoz yadlarından çıxmadı. Adımı ölü qoyub saymazyana hərəkət etmədilər. Sağ olsunlar.”  Ruh əlini qulağının dibinə qoyub,  tam etinasız halda bədənin üzərində havada üfüqi vəziyyətdə uzanmışdı. Öz həyatını həkimlərə etibar etmişdi. Birdən 4 tərəfindən əllər peyda olub,  qollarından, ayaqlarından, başından yapışıb onu aşağı dartmağa başladılar. Ruh çırpınır, sıyrınmağa çalışırdı. “Əl çəkin, buraxın, məlunlar! Aman! Öldürürlər! Kömək!”  deyə qışqırırdı. Amma əllər kəlbətin məngənəsində daraşmışdılar onun gözəgörünməz canına. Əlqərəz, qapazlaya-qapazlaya onu aparıb cərrah masasının üstündə ölüsayağı uzanmış bədənə soxuşdurdular. Bədən onu böyük məmnuniyyətlə qəbul etdi, heç qımıldanmadı da.., qəribsəmişdi..

.., yox, xəstə ölünü xərəyə uzadıb özləri ilə apardılar.

Ruh isə maşının arxasınca uçaraq, dad-fəryad qoparırdı. “Məni hara aparırsız, oğrular!?... Mən ölmüşəm! Əl çəkin məndən!  Adamı adam kimi ölməyə də qoymurlar...!”  


***

Yer. Hansısa bir şəhərin hansısa bir küçəsi. Tam məchulluqdan bir ambulans peyda olur. Həyətlərdən birirnə dönüb dayanır. 2 ağxalatlı düşür, əllərində xərək. Biri gövdəli, dolu vücudlu, cınaqlı, sol qulağında sırğa,  digəri – alçaq boylu, sısqa, seyrək saçlı,  çevik.....

Amma qətiyyən tələsmirdilər. Adam ölmüşdü zira, plandan kənar. Onları burda bağlı qapı, tavandan asılmış ruh, xəstəxanada isə cərrahlar gözləyirdi. Başlarınınsa üstündən yalnız onların eşidə biləcəyi bir səs dalğalanirdı fəzaya:

“....... mən daim pisliklər istəyən, amma  yaxşılıqlar törədən böyük bir qüdrətin .....”