ŞƏHLA NİHAN

Viruslar

25 Fevral, 2022
407
kosmik mənşə Virus kodu


Virusların kosmik mənşəli həyat forması olduğu haqda mülahizələr mövcuddur. Virus sırf hüceyrədaxili patoloji varlıqdır. Sahib hüceyrədən istifadə edib öz proteinlərini hüceyrə resursları vasitəsilə sintez edib tərk edir oranı. Bir növ çörəyi dizinin üstdə qonaq kimi. Nüans o ki, sahib hüceyrə genomu ilə virus genomu arasında əlaqə yaranır. Yüzilliklərlə gedən proses nəticəsində bəzi virusların irsi materialı insan irsi aparatının əvəzolunmaz hissəsinə çevrilib. İnsan genomunun 8%-i viruslarla qaynaq edilib, irsi səviyyədə genetik virus kodunu daşıyırıq.  DHT molekulunun böyük faizinin bir-biri ilə eynilik təşkil etdiyi digər canlı varlıqlardan bizi o hissələr fərqləndirir. İntellektimizi həmin virus genetik partikullarına borcluyuq, yaddaş, emosional fon və hələ müəyyənləşdirə bilmədiyimiz bir sıra xüsusiyyətləri də bu mutasiya elementləri ilə qazanmış olduğumuz söylənilir. Virus kodu tədricən hüceyrə biologiyasını və ardınca toxumaları, bütöv sistemləri dəyişdirir. Hətta tədricən gedən bu transformasiyanın yeni bioloji nəsil, irq yaratmaq iqtidarında olduğu haqda son dərəcə cəsarətl fikirlər səslənməkdə.