ŞƏHLA NİHAN

Psixikanın apriori təbiəti

11 May, 2017
610
faneron Kant M.Kaku müşahidəçi

Открыв априорную, врождeнную природу психики, лежащую в основе мышления, Кант совершил переворот в истории человеческой мысли, изменив смысл философского анализа взаимоотношений человека и мира, объективного и субъективного, частного и общего. Восприятие и познание, как показал Кант, относятся к миру явлений, а не к внешнему миру предметов-как-таковых. Явления — это то, что создано рассудком и разумом в процессе взаимодействия с внешним миром, с предметами-как-таковыми.

Каждое явление создаeтся на основе соответствующей концепции. Человек отдаeт себе отчeт о собственном поведении постольку, поскольку общие модели-концепции рассудка, в какой-то мере, адекватны соответствующим механизмам поведения и конкретным единичным поступкам.

 

Bu, Kantın fikirləri idi.  Laytmana görə (kabbalist)  ümumi fon var, yəni heç nə. O hər şey olduğu üçün heç nə sayılır. Laytmanın Ağ İşıq və eqoizmimiz qarşıdurması tandem kimi qəbul edilsə də, onda simbiotik mübadilədən savay həm də müqavimət var. Müqavimət inkişaf üçün lazımdır. Həyat, dünyamız – frotterizm nümunəsi, ağ fonla sürtülməyimizin təzahürüdür. Sürtülmə fövqünü qavramırıq, belə səciyyələrə malik deyilik.

Məlumdur ki, heç bir rəng yoxdur əslində. Palitra mirajdır. İşığın görmə orqanına təsirindən müxtəlif rəng çalarları illüziyası yaranır, spektrın hər "rəngi" öz dalğa uzunluğuna malikdir. Bunu predmetlərə, hadisələrə şamil edə bilməzmiyik?, ya elə insanın özünə...  (insanın-müşahidəçinin mənəvi ruhsal durumuna müvafiq ətraf mühit “hallanır”, çalarlara bürünür. – M.Kaku).  Frottaj təsirinin müxtəlifliyi burda bizə çox dolu bir həyat zənginliyi yaşatmırmı?!.. Rəng anlayışı yoxdursa,niyə daltoniklər xəstə, korlar əlil sayılır? Əlbəttə ki, azlıqda olduqları üçün. Əgər normal görənlər azlıq təşkil etsəydi  xəstə qismində onlar götürüləcəkdi. Olmayan bir şeyi gözümüz bizi aldadıb görsədirsə, onda astral ya efir varlıqlarının sadəcə gözümüzün lazım bilib bizə göstərmədiyi üçün  persona non qrata  elan edib, varlığını inkar etməyə nə kimi əsasımız var?  “Var, sadəcə mən görmürəm” sandığınız üçün məzəmmətə tuş gələ bilərsiz.  Amma  “Görmürsənsə vardır deyib özünü aldatma! ” deyimini eyni uğurla  “ görmürsənsə yoxdur deyib özünü aldatma!” kimi də səsləndirmək olar. 

İnsan  həyatı simvolizmə əla misal ola bilər. Bizə qaşıq göstəriləndə qida qəbulu yada düşür. Şərti refleks – ağız sulanır, mədə şirəsi ifraz olunur. Qaşıqla isə torpaq da qazmaq olar məsələn, başqa tətbiq sahəsi də fiklirləşib tapmaq olar. Bu, hər halda ilk növbədə heç kəsin ağlına gəlməyəcək. İlk ağıla gələn bir boşqab şorba olacaq.   B.Rassel dinin əksəriyyət tərəfindən apriori qəbulunu tərbiyə, təbliğ və beyinlərə yeridilən doqmatik konsepsiyalara bağlayırdı. Eyni yanaşma tərzini dünyaduyuma da tətbiq etmək olar. Bizə fonu qəbul etmək nə cür aşılanıbsa biz onu elə də qəbul edirik.