Mütləq-in insanda kiçilməsi.
Yerdə ilk təəssürat - eniş və zərbə.
Yer həyatı mənəvi və fiziki ağrıya öyrətməkçün lazımdır.
Platonun dövlətin filosoflar tərəfindən idarə edilməsi tezisi.
Dəstəyi özündən olan balta.
Kosmos-insan.
Qadın əməyinin istismarı.
Cəmiyyətdə mənsəbpərəstlik və eqoya xidmət.
Dörd müdrik qoca: idarə, məsləhət, şəfqət, asayiş/əmniyyət.
İnsan can atdığı azadlığa layiq olmadığı üçün Gəlmə (bir növ onlar üçün peyğəmbər, quru, hidayət elçisi) geri çağırılır.
*** ***
***
Fuqa daim həyatda
qarşılaşdığımız fenomendir, sutkada iki dəfə tezliklə. Yuxu gerçəklikdən, gerçəklik
də yuxudan fuqa ilə ayrılır.
Daha uzaq
miqyasda doğuşa qədər və doğuşdan sonra da bu cür mükəmməl və möhtəşəm
unutqanlıq ana bətnində sürdürülən varolumu - real sayıb ömür adlandırdığımız həyatda,
ömür olaylarını isə ölümdən sonra unutdurur. Kim qeybdən xəbər gətirib bunun
belə olmadığını sübuta yetirsə ikinci cümlənin üstündən xətt çəkməyə hazıram.
PS. Bundan
daha uzaq fuqa modeli də var – inkarnasiya. Bu tam qara zolaq olduğundan
haqqında danışmağa dəyməz.