Bor məktəbinin postulatlarından:
Müşahidəyə qədər obyekt eyni zaman kəsiyində bütün mümkün vəziyyətləri özündə cəmləşdirməkdədir. Məhz müşahidə onun hansı vəziyyətdə qarşımızda duracağını müəyyən edir. Ona baxdığımız zaman dalğa funksiyası iflasa uğrayıb obyektin hər hansı bir forma almasına imkan yaradır. Müşahidə aktı dalğa funksiyasını pozur və obyekt real olaraq qavranılma şansı qazanır.
Mitio Kaku "Paralel dünyalar".
Bu o demək deyilmi ki, obyekt məhz qavranıldığı an nəsnələşir və hansı qəlibdə nəsnələşməsi müşahidəçinin keyfiyyət parametrlərindən, təməl xüsusundan asılıdır?