ŞƏHLA NİHAN

Reallıq, proyeksiya və Laytman

20 Yanvar, 2017
525
həqiqət illüziya müşahidəçi reallıq


Mixael Laytman (kabbalist, kibernetik)  

Həyat insanlara onların təmayüllərindən asılı olaraq müxtəlif cür təsir edir. (“premise” də demək olar).

Laytman tez-tez eqoizm sözünü işlədir və onun mətnlərində bunun anlamı dünyanıdərk, dünyaduyum, persepsiya kimidir.

“Bizim eqoizmimiz və bizim üçün əlçatmaz və dərkedilməz olan Civar var- bir Zahir. O Zahir Ağ İşıqdır.  Hər bir şey illüziyadır. Dünya bizim 5 duyğu orqanımızda., bizim onu hiss etməmizdə. Biz yalnız o Ağ İşığın fonunda öz eqoizmimizə çata bilirik. Dünya inikasdan başqa bir şey deyil., yəni İşıq fonunda fərdiliyin, eqoizmin proyeksiyası.”

“Amma ağılla başa düşə bilməyəcəksiz. İdrak bu həqiqətin qavranması üçün çox məhdud., və ifadə üçün dil kasıb. Yalnızca duyun.”

“Gördüklərinin hamısı sənin kafanda baş verir, ora dünyanın fokuslandığı yer. Hər şeyin səndən kənar, ətraf mühitdə baş verdiyini sanarsan, osa sənin mirajın. Zahirdə olan, sənin iştirakın olmadan olan – sənin başında olanlar deyil. Onda sən istisnasız HƏR ŞEYİ  görməli və eşitməliydin”.

***

Eynşteyn: Dünya - müşahidəçinin onu necə görməsindən asılıdır.

***

Kastaneda: Həyat sənin onu güman etdiyin kimi deyil.  O sənin onun haqda təsəvvürlərindən çox-çox uzaqdır. (“İkstlana səyahət”)

***

Müşahidə etdiklərimiz təbiətin özü yox, onu dərk etmə metodlarımıza müvafiq  olaraq bizə göstərilən halıdır. (Heyzenberq)

***

Oruell:  Gerçəklik  sizin beyninizdən başqa heç yerdə deyil.