Şellinq fəlsəfəsinin əsas qayəsini təxminən belə anlatmaq olar: Yerdə təcəlla bulmuş Absolyut təbiətin kiçicik parəsinə, zərrəsinə çevrilir ki, insan məhdudluğunda və intihasında özünü kəşf edib öz aliliyinə və mütləqiyyətinə qovuşsun.
Yəni özünü anlamaqdan ötrü qəddini əymək, kiçilmək gərəkdir., çünki aşağılarda imkanlar çoxluğu var, hansı ki, sonra rakurslara keçir.. yəni daha əyninə ölçmürsən, eləcə nəzər salıb mühakimə yürüdürsən. Lap yuxarıda əzəli qələbədən başqa heç nə yox. Ona görə özünü anlamaqçun kiçilib, çərçivələrdə tanımalısan özünü.
Hegelə görə Mütləq ideya fiziki
dünyaya proyeksiyası ilə öz fərqli yaşamını reallaşdırıb, implisit, gizli
qüdrət və keyfiyyətlərini aşkara çıxarmalı və yeni məziyyətlərlə özünə geri
dönməlidir.
PS. Bəzən məni
öldürən primitivliyə pis cavab deyil bu...