ŞƏHLA NİHAN

Kant metafizika haqda

20 Yanvar, 2017
633
Kant metafizika


Kant: “Metafizika insan idrakının hüdudları haqda elmdir”.

Kanta görə metafizika ilə çevrələnir idrak. Hüdud fövqü  (ona hətta Rasselin fəlsəfəyə tərif kimi  qoşduğu  “adsız torpaq” da deyə bilərik)  də metafizikaya aid edilməlidir o zaman. İdrak və rasionallığın qapsamadığı hər nə varsa, hamısı metafizika. İnsan öyrənə-öyrənə, kəşf/ixtiralarıyla alır metafizikadan, qatır elmə - biliklərinin cərgəsinə. Elmin hüdudları məlum. Bu – insanın bildikləri. Bilmədikləri isə - həmən o batində qalan - bir ümmandır. Onun nə sərhədləri müəyyənləşib, nə ölçüyə gəlir, nə düzənə. O, son dərəcə cəzbedici xammal qismində var, olub və qalacaq. Və o öz hüdudsuzluğu ilə insan zəkasının yenə bildiklərini hər zaman üstələyəcək.