ŞƏHLA NİHAN

Sartr

20 Yanvar, 2017
476
özündə özün üçün Sartr


Özünüaldatmanın və ya özünətəlqinin mahiyyəti.

Oynadığımız Həyat adlı oyundur. Hərə müxtəlif  statuslarda çıxış edir – ana-ata, bacı-qardaş, həyat yoldaşı, oğul-qız, müdir-işçi, hakim-məhkum, həkim-xəstə, müəllim-tələbə və s. və il. Sosial statuslar insanı kim olduğunu fikirləşməyə qoymur. İnsanlar onları çulğamış həyat situasiyalarından aralana bilmirlər ki, əslində kim olduqlarını düşünsünlər. Yəni valideyn, övlad, həkim, ofisiant yox, məhz bir insan spesifikasında özlərini tanısınlar. Kimliyin - yəni ekzistensiyan, kim olduğun - yəni ixtisasın, peşən, sənətin yox.

Бытие В СЕБЕ – есть то, что он есть. Бытие ДЛЯ СЕБЯ  - самообман.(достижения)

Birinci Özündəvarlıqdır, ikinci – Özün üçün varlıq, yəni özünüyanıltma, səhnədəki rolun.

Ölüm hər nədirsə, Özündə deyil, Özün üçündür, deməli yanılmadır. Subyektiv və sonuncu imkandır.  Özü üçün olan bir şey Özündə ola bilməz. Məntiqi olaraq daimi, ekzistensional – ruhdur.

Sartr fəlsəfəsindən hasil olan qənaətim:  Ölümdən sonra  “Özündə”  başlayır.