ŞƏHLA NİHAN

Zaman-fikir ya fikirləşən Zaman

17 Noyabr, 2016
527
zaman vaxt


“Günlərin bir günü həmən o adamlar həmən o şeylər haqda əvvəl düşündüklərinin tam əksini düşünməyə başlar. Əvvəl başdan niyə belə düşünmədikləri müəmmalı qalar...“ (Freyd)

Əgər fikrimizi dəyişməyə meylliyiksə, bu gün bir, sabah başqa şey fikirləşməyə qabiliksə, deməli, zamandır fikirləşən yerimizə. Mətn kimi istədiyini yazır beynimizə, lazım bildiyini dedizdirir neyronlara. Əgər bizi doğuluş-ölüm determinasionuna yönləndirib  “gəlmisənsə gedəcəksən”,  “gedirsən, çünki gəlmişdin”  kanonlaşdırılmış həyat saqası oxunursa üzərimizdə  (heç kəsin nə doğuş, nə ölüm anında şikayət ərizəsinə baxılmayıb),  niyə fikirlərimizi cənabi-Zaman özü müəyyən etməsin ki?.... və fikirlərin sabah materiallaşacaq kimi ciddi bir gücə malik olduğunu da nəzərə alsaq bu zənn gerçəkləşmirmi?  Belə  bir strateji əhəmiyyətli opsiyanı buraxardılarmı bizə?  Zaman olmasaydı qocalardıqmı?  Ümumiyyətlə doğuş-ölüm Zamanın  hakimlik etdiyi,  qan və göz yaşı ilə suvarılıb ümid əkilmiş  torpaqlarda  mümkündür. Başqa dünyada (ya məkanlarda)  Yer xarakteristikası çətin işləsin.

PS. “Zamanın nəbzini tut”,  “Zamanla ayaqlaş” sözlərinin danılmaz əsası və dinamikası var.