ŞƏHLA NİHAN

Azadlıq

17 Noyabr, 2016
549
Mütləq azadlıq


Trivial bir şey haqda


Bəzən düşünürsən ki, həyatın mənası nə arzularına çatıb xoşbəxt olmaqda, nə səni mənən və maliyyə yönündən təmin edə biləcək karyerada, nə ailə səadətində, nə din-imanda, nə insanlara yararlılıq koeffisentində, nə....., nə....., nə...... – bütün bunlarda yox, məhz mütləq azadlığının sənə tanıda biləcəyi o ülvi hissiyyatdadır. Amma azadlığı hara, nəyə, necə sərf edəcəyimizi bilmədiyimizdən hürküdür bizi belə perspektiv. Kifayət qədər kamil olmadığımız halda ən yuxarılara əl atmaq... Doğrudan da tam, heç nədən asılı olmayan sərbəstliyimizi hara sərf edəsiydik ki... və ondan nə umasıydıq? Yenə də hər şey dartınıb utilitar prinsipə, praktik istifadəyə dirənir. Yaranışdan beləyik., “hər əməlin xidmət nöqtəsi olmalıdır və müvəqqətidi deyə bağlanmamalısan” oxunmuş qulağımıza.., lap əzəldən.

Ona görə Azadlıq, buxovlardan qırılma, sərbəst dreyf təhlükəli sayılır,... Kamyunun Yadı kimi özgələşməməkçün.