OŞO: “Əgər
Allahın heçdən yaradılışı mümkünsə, o zaman dünyanın da eyni yolla yaradılışı
mümkündür. Biri üçün qəbuledilən saydığınız variant hər sahədə tətbiq ediləndir.
Yəni siz mənbəsiz varolumu qəbul edirsizsə deməli hər şey beləcə yarana bilər.
“
Deməli OŞO-nun
fikrincə dünyanın özbaşına yaradılışı yalnız Allahın heç nədən varolumu şərti
daxilində baş tuta bilər. İkincini qəbul etdiyin təqdirdə birinci də qəbul
ediləndir. (по дефолту). Bir nüans: Əgər O varsa və başlanğıcsız mövcuddursa və O yaradandırsa, onun mövcudluqunda
hər hansı bir sistemin, vitallığın, xilqətin, modelin özbaşına yaradılmasına
lüzum qalmayacaq və bu mümkün olmayacaq. Çünki xaliq, müşahidəçi kontrolyor var
artıq.
Yox əgər Onu
hansısa qüvvə yaratmışsa, deməli yaradan imici o ilkin xaliqin öhdəsinə düşür.
Və istənilən halda dünyanı da o qüvvə yaratmış olur. Araya ikinci bir allah
girir. Bu qayda ilə allahların sayını n-ə çatdırmaq olar. Nonsens...
Bu qədər
məntiqsiz bir yanaşma...