ŞƏHLA NİHAN

Solipsizm

17 Noyabr, 2016
475
solipsizm Kastaneda


Solipsizmi israrla rədd edənlər əslində solipsistdirlər. “Mənim (!) bilmədiyim, görmədiyim bir şey yoxdur demək!” imperativi elə solipsizm axarına çıxışı bildirir. Yəni hər şey mənim qavrama və persepsiyamda., dünya  göz bəbəklərimdə. Olum mənim təəssüratlarımda!

Eqo iltihabı..

Sağlam düşüncə üçün solipsizm yalnız dar çərçivə daxilində təkanverici ling rolunu oynaya bilər və ətraf mühitə açılan pəncərədir hardasa. İlk əvvəllərdə infantil şüur yalnız görüb-eşidib-duyduqlarını öyrənər. Ənginlikləri  və nəhayətsizliyi hüdudlu, qısır şüurunla dərk edə bilməzdin. O barədə çərçivə lazım idi., fokusu kiçiltməkçün. Solipsizm bu çərçivədir. Bu baxımdan lazımlıdır. Amma onu insan miqyaslarından aşırmaq, mütləq mənada hər bir şeyə tətbiq edib, mövcud bütün kontekslərdə işlətmək hədyandır. “Əlim çatmayan, ünüm yetməyən, mənim olmadığım yerdə  heç nə yoxdur! Bilmirəmsə deməli yoxdur! “  iddiaları. Sənin Yoxluq saydığınçun sən var ola bilərsən .., sadəcə əhəmiyyətsizliyin üzündən səninlə kontakt istənilməz və s.. onlarca mülahizə yürütmək olar.

PS. Olum – tapmacadır və o sənin özünçün rənglədiyin çızma-qaradan ibarət deyildir. (Kastaneda)