ŞƏHLA NİHAN

Yoxluq

17 Noyabr, 2016
503
Platon Varlıq Yoxluq


Sonsuz yoxluq deyilən bir şey qəbuledilməzdir. Əgər o yox olanın nə olduğunu biliriksə deməli yoxluq sözü işlədilməz artıq.

Sonsuz varlıq. İnsan düşüncəsinin fövqündə duran bir şey. Məhz bunu düşünürkən hər cür təhqiq cəhdinin dalana dirəndiyini,  idrakın hüdudlarını hiss edirsən. Başlanğıcı, məxəzi anlayacaq deyilik. Bizimçün hər şey A nöqtəsindən  B nöqtəsinə kimidir. “Nə başlanğıc, nə son var” –ı necə anlayasan?  Platona görə  (“Fedon”, birinci arqument)  əksliklərin biri olmazsa, digərinin mövcudluğu şübhə altındadır.  “Var” varsa  “yox” da olmalıdır. O yoxu özümüz yaratdıq. Nəhəngi kiçildib daraldıb özümüzə uyğunlaşdırdıq, Başlanğıc və Son qoşduq, transendentallığı bir ağuşluq, quca bildiyimiz sərhədlərə sığışdırdıq, mental funksiyamıza tabe etdik (Prokrust yatağına salıb, artığını doğradıq), çəkə bildiyimiz yükə çevirdik, özəlləşdirdik (istismar üçün ilkin tələb olunan şərt). .. ki, ona baxanda başımızı qaldırıb baxmayaq, qənşərdə, iki addımlığımızda olsun. O mənada hər şeyin artıq əvvəli və axırı var.

Və biz xoşbəxtik!