ŞƏHLA NİHAN

Ruh

17 Noyabr, 2016
492
ruh Absolyut


İnsanlara, hadisələrə, varlığa münasibət insan tərəfindən ikitirəli olur: onun və daxilindəki ilahi zərrəciyin münasibəti. İnsan əsasən başqasının şəxsiyyətinə orientə edirsə, ruh həmən insanın kvintessensiyasına müraciət edir., və onun aləmində birmənalı yaxşı adam, pis adam, zalım/rəhmli, dəli/ağıllı yoxdur. Suya atılmış süngər bütün səthi ilə suyu necə hopdurursa o da başqasından gələn infonu belə qəbul edir. Onun ritorikası başqa, kanonları, doqmatları başqa. Ağ/qara damğası vurmur, qütblərə bölmür ( Nitşe, Spinoza  - mütləq yaxşı və mütləq pis yoxdur)

Ruhun insana yanaşması Absolyutun bir hissəciyinin digər hissəciyinin müxtəlif təzahürlərinə yanaşmasıdır. Sizin bir barmağınız digər barmağınıza qarşı hansı mövqe nümayiş etdirirsə o yanaşma da elədir təxminən.

Biz kiməsə nifrət edərik, kimisə sevərik, kimçünsə daıxarıq, kimdənsə qaçarıq. Bunların ona elə bir dəxli yox. O əsasən tolerant və indifferentdi belə hal dəyişkənliyinə.

Amma onun da küsəcəyi məqamlar var. Onda ki, sınmır o, yox, o ürək deyil sına. Küsür və uçub getmək istəyir geriyə, ata qucağına.

Ağır xəstələr var. Kimin ki, ruhu hələ inciməyib, küsməyib, dönməyib, onlar ən ağır patologiyaya belə qalib gəlirlər. Xəstəlik dərəcəsi müəyyən qədər yüngül olanlar var ki, ruhu çox çökük, çox incikdir.., yerdən, göydən, hər şeydən. Elə insanı saxlamaq  olmur. Lap tap panatseya ver, ən gözəl tibb bilicilərini yığ ətrafına, ən müasir terapiya vasitələrinə əl at. O qalmaq istəmir...