ŞƏHLA NİHAN

Ekzistensializm və reallıq

17 Noyabr, 2016
483
ekzistensializm reallıq həqiqət


Ekzistensializmdə bəyəniləcək bir çox məqamlar var. Irrasionalizm fəlsəfəsi. Uzun-uzadı “Niyə? Nədən? Necə?” kontroverzlərinin özəti, qısa xülasəsi. Universal heç nə yoxdur! Bunu cəsarətlə iddia edən düşüncə modusu. Hər insanın öz həqiqəti (Yaspers), öz oyunu (Huizinga). Və bundan doğan öz fəlsəfəsi olduğunu iddia edən cərəyan. Fikrimcə ən doğru, hər cür kritikaya davamlı dolğun fəlsəfi istiqamət.

Şəxsin həqiqəti individuumun öz kreativ aktıdır. + müəyyən qədər pre-determinasiyaya tabe. Osvald Şpenqler: Əbədi həqiqət olmur., yoxdur belə bir şey. (Absolyut nəzərə alınmır burda).  Ümumbəşər mənəvi-estetik kodlar sistemi  yaradıb yerdə qalan hər şeyi  o nizama çağırmaq  uğursuz cəhddir. Kanonlaşdırma yeni boyatımları kölgələməməli, əzib yox etməməlidir. Nə qədər kültür varsa, bir o qədər mənəviyyat, dünyaduyumu var.