Biz fikirləri
eqreqorlardan alırıq (əksərən)., impulslar şəklində təlqin yolu ilə. Ona görə
onların copyright –a ehtiyacı var. Yəni
filan ideya filan reseptorlar tərəfindən tutuldu.
Əgər fikir tək
bircə beyin məhsulu kimi götürülsəydi, onda ekssudat və bədənimizin bir sıra
bioloji mayeləri kimi xaric edib çıxıb
gedərdik. Məs.göz yaşlarının altında heç kəs imza atıb yazmır ki, bunu mən
ağlamışam. Sırf sizinki olan başqa birinə lazım deyil. Fikir və ideyalar isə tam
sizinki deyil. Bu səbəbdən maraq kəsb eidr. Ona görə müəlliflik – “tutulma”
hüququnu qorumaqla paylaşmalısız.
( aşağıda
yazılanlar R. Şeldreykin “Dünyanı dəyişdirəcək 7 eksperiment” kitabı əsasında.
Və başqa mənbələrdən aldığım infonun təsdiqi)
///
İdeyaların
eqreqordan alınması Morfik rezonans (MR) deyilən anlamda da büruzə verilir.
Termin parapsixoloq R.Şeldreyk tərəfindən
təklif olunmuşdur. O, elmlə metafizika arasında bütün sərhədləri silmiş
adamdır. MR Platon eydosuna hardasa
yaxın nəzəriyyədir. Bu, morfoqenetik sahə, abstark struktur tərəfindən
ötürülən elə bir fenomen ki, bu
zaman mutasiyaya məruz qalmış DNT informasiyası istənilən zaman/məkan şərtlərində
məzmununu dəyişmədən köçürülə bilir. Beləliklə, infonun həm fiziki, həm
ekstrasensor yolla ötürülməsi mümkündür.
MR ümumilikdə
nəyi bildirir? Əgər növün kifayət sayda nümayəndələrində müəyyən davranış forması və keyfiyyətlər
formalaşırsa, bu avtomatik olaraq uzaq məsafələrə və aralarında hər hansı bir
ünsiyyət müşahidə olunmamasına baxmayaraq, növün başqa arealda yayılmış digər fərdlərinə
də ötürülür. Bu zaman sözü gedən digər fərdlərin həmən keyfiyyətlərin
formalaşmasına səbəb olan faktorlarla üzləşməsi heç də vacib deyil və çox zaman
bu heç baş vermir də. Fiziki determinə xaricində xüsusiyyət ötürülməsi baş verir. Təbiətin
paradoksal xüsusiyyətlərindən biri də qeyri-lokallıq fenomenidir., əvvəllər iri
sistemlər halında birləşmiş tərkib hissələr sonradan parçalanıb bir-birindən
uzaq düşsələr belə aralrında izaholunmaq rabitəni saxlaya bilirlər.
Morfik
rezonans uzaq yerdən avtomobillə evə dönən sahibinin qayıdışını duyan və onun gəlməsinə
az qalmış darvazanı kəsdirib duran itin davranışında (ləpirlə gedib iy götürə
bilməməsindən bu davranış qəribə təsir bağışlayır), uzaq səfərdə həyatı təhlükədə
olan sahibin durumunun ondan km-lərcə
aralıda ev heyvanları tərəfindən duyulması, və bu halın onların həyəcanına səbəb
olması və digər bir sıra hallarda özünü göstərir.
Termitlər
arasında da belə telepatik yönlənmə var.
2-3 termitin qarşısına hər hansı maneə çıxarsa və onlar bu maneəni öz
qüvvələri ilə aradan götürməyə aciz olarsa o zaman az keçmədən həmən yerə
çoxsaylı termit dəstəsi göndərilir. Sanki hansısa vasitə ilə (telepatik) kömək
haqda siqnal aparıldı, həyəcan təbili çalındı.
Pişiklərin
çox zaman uzaq məsafələr qət edərək gəlib doğma ocağı tapması haqda məlumatlar da
az deyil.
///
Keçən əsrin
sonlarında Kembric univ.-də quşların miqrasiyası və geriyə yolun tapılması ilə
bağlı bir sıra tədqiqatlar aparıldı. Qədim Misirdə geniş yayılmış göyərçin
poçtu da məhz bu fenomenə borcludur.
Köçəri quşlar
hara uçmaq lazım olduğunu nədən bilirlər?
Onların Yerin maqnit sahəsinə son dərəcə həssaslığı vurğulanır və
trayektoriyanı ulduz xəritəsinə görə, Günəşə görə seçdikləri güman olunur. Onların beynində miqrasiya
prosesini idarə edən nativ sxemlərin olduğu qeyd edilir. Elmi dildə uzun terminoloji adı belədir:
“zaman-məkan vektor-naviqasion proqramı” . Bu mürəkkəb termin məsələnin məğzini
açmır ama.
Hətta iybilmə
qabiliyyətindən məhrum edilmiş quşlar da evə yolu tapa bilmişlər. Deməli iybilmənin
burda rolu yoxdur.
Balıqların
miqrasiyasi ilə bağlı da eyni fikirlər səslənir. Yol necə tapılır?..
Karl Yunqun
kollektiv təhtəlşüur, kollektiv hafizə konsepsiyası ilə MR arasında üzvi əlaqə
mövcuddur. (Son zamanlar vibrasion təbabətin
gəldiyi bir sıra nəticələrə görə - R.Qerber, Puçkonun işlərində - orqanizmdən
helmint biokütləsini axıradək təmizləmək məhz bu səbəbdən mümkün olmur. Ana
substansiya – ümumi biocanlı informasion sahə - onların varlığı və strukturu haqda
infonu saxladığına görə qurdları tam məhv
olmağa qoymur).
MR hipotezinə
görə təbiətdə ümumi yaddaş lövhəsi
mövcuddur. Fundamental konstantlar var, hansı ki, çoxsaylı təkrarlardan sonra
fiksəolunmuş vəziyyətə keçmişlər.
MR təsdiqi
üçün belə bir eksperiment də aparmışlar. İngilis uşaqları qruplara bölünmüş,
onların bir hissəsinə yapon haykuları, digərinə isə mənasız söz yığını öyrətmişlər.
Uşaqlar heç biri yapon dilini bilmədiyi üçün nə öyrəndiklərinin onlar üçün əhəmiyyəti
olmamalı idi. Amma şerləri onlar daha tez əzbərləmişlər, nəinki söz yığınını.
Çünki bu real mövcud olan bir bilgi idi və uşaqlarda fiziki qavramadan başqa
morfoqenetik sahəyə saplanma baş verdi və üst-üstə düşən tezliklər qavrama
prosesinə təkan verdi. MR nəzəriyyəsinə görə
fiziki xassələr heç də tək bir qenlərlə müəyyənləşmir , qenlər yalnız görünməyən enerjinin fiziki təzahür
alması üçün xüsusi tezliklərə köklənmiş tranzistor analoqlarıdır.