Karl Qustav Yunq. “İnsan və onun
simvolları” üzrə
İnqramları xatırladan bəzi düyünlərə rastladım. Arxetiplər. Əslində bütün həyatımızı proqramlar idarə edir, bu haqda yazdım bir neçə dəfə. Açar sözlər var., onların tapılması ilə nəinki somatikadan, bir sıra xəstəliklərdən (hətta xroniki!), həmçinin həyatımızı zəhərləyən bəzi amillərdən yaxa qurtara bilərik. Onların tapılması müşkül... Homeopatın sənin daxili aləminlə səsləşən və bütün təzahürlərini, insayd-autsaydını özündə birləşdirən, sənlə tam həmahəng bir, tək, yeganə Konstitusional preparat təyini kimi bir şeydir bu. Deyilməz dərəcədə zəhmətli bir proses... Bir də təbəqələr adlandırılan bir şey var homeopatiyada. İnsan psixikası qat-qat açılır, bir preparatın bütün qatları əhatələmə iqtidarı yox. Əvvəl üzdə olanla işləyəcək. Ola bilər bir neçə günə dəf etdi onu, ola da bilər bir neçə ilə. Psixoloji yanaşma da öylə. Əvvəl səthdə olan komplekslər çözüləcək. Beləcə qat-qat aşağı eniləcək. , ta özəyə qədər. Hər iki halda xarakterin dəyişməsi (tanınmaz hala qədər) mümkündür. Homeopatların praktikasında belə bir şeylər olmuş - tutaq ki, pis vərdişlərdən, və bir sıra xarakter təzahürlərindən (qabalıq, deyingənlik, cümləsinin salam-əleykini söyüşlə başlama cəhdi və s.) qurtulan insan öz hər hansı sahədəki istedadını da itirmiş olur. Məs. gözəl rəssammış. Müalicədən sonra əlinə fırça ala bilmir. Bu ona görə baş verir ki, istedadını saxlayan məhz həyatındakı neqativlər idi. Sağalır və əlvida yaradıcılıq. (hər zaman belə deyil sözsüz, ama onların praktikasında olub okaziyalar)
***
İlk dəfə dərmanların
ruhunun, cansız materiyanın (mineral) info daşıyıcısı olduğunu alternativ təbabətin
o qədər də qədim olmayan (yaşı olar 200
ildən bir qədər atıq) fundamental bir sahəsi anlatdı mənə. Ömrümün 6 ilini ona sərf etdiyimə heç vaxt təəssüflənməyəcəyəm.
, qazanılan bilik ancaq fərəh doğurur. Maraqlandığım sahə konvensional təbabətin
(klassik yəni) bəyənmədiyi (Heel preparatları ilə işləyir həkimlər, bu sahəni
isə yaxına qoymurlar, zatən bu sahənin preparatları da əl altında deyil, yalnız sifarişlə bəzi ölkələrdən gətizdirilə bilər) Hanemannin yaratdığı son dərəcə
qəliz və durmadan inkişaf edən Klassik Homeopatiya idi.
Tərkibində
ilkin materialdan (bitkimi, mineralmı, ekssudatmı, fərq etməz) bir atom belə
saxlamayan preparat işləyir. İşləyən informasiyadır. “Hantinqton xoreyası” adlı
hekayəm bu haqda idi.