ŞƏHLA NİHAN

Aristotel xoşbəxtliyi

17 Noyabr, 2016
459
Aristotel xoşbəxtlik


Aristotelin oğluna xitabən yazdığı fərz edilən  “Nikomax etikası” traktatında xoşbəxtlik anlayışına belə aydınlıq gətirilib.

Nədir xoşbəxtlik?

1.Əgər xoşbəxtlik həyatda maksimum ləzzət almaqdadırsa, onda insan həyatı ilə şüursuz varlıqların – təbiətin digər canlılarının yaşayışı arasında fərq olmur.

2.Əgər uğura çatmaqdırsa, bu da düzgün şərh sayılmaz, uğur xarici ünsürlərdən və ətrafdakı insanların fikrindən birbaşa asılıdır.

3.Status, mənafe, var-dövlətmi? Yox, bunlar sadəcə vasitədir.

Xoşbəxtlik immanent sorundur, daxili olması lazımdır. Xarici bər-bəzək onu müvəqqəti yaradacaq, parıltı itəndə o da itəcək.

Aristotelə görə xoşbəxtlik enerji növü, məziyyətlərin açılması üçün icraat gücüdür. Xarici faktorlara rəğmən özünütəsdiqdir. Nəsibinin doğruldulması, təxsisinin  (предназначение)  praktik reallaşdırılmasıdır xoşbəxtlik.

Ləyaqət və comərdlik rəmzi kimi isə qızıl ortalığı göstərir. İfratdan və təfritdən (max/min)  itələnmək, mötədilliyə sığınmaq. Məs.kurajla qorxaqlıq arasında cəsurluğu seçmək.