ŞƏHLA NİHAN

Qırmızıpapaqla Canavarın nağılı

16 Noyabr, 2016
455
gender feminizm azadlıq şəxsiyyət ikiləşməsi fəlsəfə burlesk


Yazı burlesk kimi düşünülmüşdü. Burada bir neçə mesaj var. Əsasən gender məsələsi irəli çəkilib, daha doğrusu onun eybəcərləşdirilmiş ifrat tərəfləri. Səhnədə oynanılan əsasən feminizm mövzusu və onun yaranma səbəbləridir: maskulin aqressiya (əcdadlarının qurd tərəfindən yeyilməsi), patriarxal nüfuzun (məhz nüfuzun, fiziki güc ilə əlaqəsi olmayan bir şeydir)  tarix boyu öləziməsi (canavarın davranışında). Ümumiyyətlə, yazı ölən nüfuzlar barədədir. Urbanizasiya probleminə səthi yer ayrılıb. (QP-ın dissertasiya mövzusu. Meşədə onun sabun və kökə tapması, həmçinin hər bir ali keyfiyyəti simvolizə edən gülləri toplaması, şərait olarsa insanların öz doğma yurdlarında xariqələr yarada biləcəyini bildirir).

Sonunda feministin erkək təsirinə düşməsi məlum olur. Son, qəhrəmanın öz tərbiyəçisini yox etməsi  baxımından gözlənilməzdir. Bunu özünəironiyanın pik nöqtəsi sayariqsa yanilmarıq, çünki nənə və Qırmizipapaq eyni şəxs kimi götürülə bilər - nəvə nənənin supremativ müstəviyə proyeksiyasıdır.

Qurdun ikiləşmə prosesində canavar timsalından gəlib buzov səviyyəsinə enməsi modus reduksiyasına işarədir. İstənilən imperiyanın təhtəlşüurunda zirvələrin fəthindən sonra tənəzzül proqramı kodlaşdırılıb. Bu, tarixin qaçılmazlıq adlı menyusudur.

Fəlsəfi bölümdə elə bir gizli işarə yoxdur. Sadəcə yaradılışın əşrəfi insan bütün uğurlarına və intellektual imkanlarına baxmayaraq, hər bir şeyin ötəri, keçici, öz azadlığının isə mif olduğuna inanmaq istəmir. Bunu ona ierarxik orqanizasionun daha aşağı pilləsində duran biri izah etməli olur.

Vurğulanan daha bir məsələ geniş, gözəl potensiallı dissertabel mövzularda yazılmış və elmin müxtəlif sahələrində dönüş yarada biləcək  işlərin “kor” opponentlərə verilməsidir, hansı ki elmdə durğunluq və reqresə səbəb olur. (QP-ın dissertasiya işi).

Digər subliminal mesaj və xırda məqamlar da var. Qurdu yatmağa qoymayan Sufrajist talasının işığı və s. kimi..