İlk
baxış. Öldürücü istilik.
“Bir
də baxım”.
“Hə,
tapmışam, deyəsən...”
Tərəddüd.Tanışlıq.
-
Bəlkə bulvara gedək?
-
Olar.
“Aaa,
nə tez razı oldu....”
Qolboyun. “....cəhənnəmə, qoy görsünlər”.
İsti,
bürkü, nəfəs daralır. İkinci görüş.
-
Bəlkə dənizə gedək?
-
Olar.
“Aaa....”
dəniz,
çimərlik, qızmar qum. İlk yaxınlıq. Yox, yox, sadəcə cəhd.
-
Səni tanımaq istəyirəm, yaxından.
Yağlı
bir sillə.
“Aaa....”
Büzülmüş
dodaqlar, küskünlük. Və qəribə hisslər.
“Yo,
yaxşı qızdı..”
Yenə
şəhər. Fəvvarələr, addımbaşı.Yenə tikinti, toz-torpaq.
Zəng.
-
Bağışla.
Bağışladı.
Axşam
gəzintiləri. “....cəhənnəmə, qoy görsünlər”.
Gül
buketi.
-
Kalla xoşlamıram.
-
Anamın ən çox sevdiyi güldür..
Zibil
qabına başıaşağı soxulımuş buket. Kinayəli baxışlar. İnciklik.
Bilet,
kino. Arxa sıra.
-
Bəlkə bir az gəzək şəhəri?
-
Pis olmazdı.
“...cəhənnəmə,
qoy görsünlər”
Gecə
2.30. Binanın qarşısında vidalaşma.
-
Sabah görüşərik.
Mənzil,
açar, qaranlıq.
“ah,
nə yaxşı, hamı yatmış..”
Qəfil
işıq. Ata! İlk sillə.Büzülmüş dodaqlar.
Çatılmış
qaşlar.
Səhər
ananın monoloqu. Tərbiyəvi iş.
-
Axmaq rəfiqələr. Akseleratdı hamısı! Sən onların tayı deyilsən! Bir ailənə bax!
İ-net. Pozğunluq.... Bizim vaxtımızda.....filan, filan, filan.... Nacins!
Axmaq! Papağımızı yerə soxmaq istəyirsən??! Qudurmusan sən!
-
Eeeee..
Zəng.
Sükut.
Zəng.
-
Mən səninlə daha çıxmayacağam. 3 nəfər dostumuz, 5 nəfər düşmənimiz..
Fikir.
Nə etməli?..
Siqaret.
Dostlar. Karaoke, qızlar, korporativ, kolleqalar.
Azadlıq
ya?.... 1 gün, 5 gün, 1 ay...
“Əşşi,
neynim e, bu da lazımdı..”
Zəng.
–
Bizimkilər sizə gələcək.
Təlaş.
Hazırlıq. Elçilik.
Sonra
kiçik nişan. Üzük.
-
Bunun daşları niyə belə xırdadır?
-
Boşla, əsas odur ki, day qaçmaz heç yerə.
Qurbanlıq,
bayramlıq. Qohumların evinə qediş-gəliş. Tanışlıq.
-
Çox yaxşı qızdı, atası filankəs.
-
Pis oğlan deyil, bir az burnu yekədi, amma ayrıca evi var.
-
Əşşi, xoşbəxt olsunlar.
Böyük
nişan. Stolun üstündə barmaq qoyası yer qalmasın gərək.
Çamodanlar,
əski-üskü, parfüm. Əsas meyar – butik malı.
Xonçalar,
şirni, konfet-monfet.
Oğlan
evinə xələt. Oğlan evindən qız evinə xələtçün xələt. Qız evindən oğlan evinə xələtçün
xələtə cavab xələti. Biz sizə, siz bizə... yorulanda dayanırlar.
-
Nə gətiriblər?
-
A, Səkinənin qızıyçun 4 dənə kostyum qoymuşdular.
-
Bəs şuba hanı?
-
Aaaa....
-
Əşşi, ürəyinə salma, əsas odur ki, evi var, maşını var. Şubanı sonra da almaq
olar. Narkoman deyil, içən deyil, az-maz çəkməyi var. Day kişidi də....
Büzülmüş
dodaqlar. “Mən kimdən əskiyəm?”
Toy.
Axır ki.... Qonaqlar. Səs-küy. Limuzin. Vağzalı.
-
Qoşa qarıyasız!
-
Qiyamət toy idi!
-
Kim aparırdı?
-
Filankəs.
-
Aaa, indi daha o dəbdə deyil axı... Nə əcəb behmənkəsi çağırmayıblar?
-
Behmənkəs yoxdu burda. Moskvaya çağırıblar onu. Filan azərbaycanlı biznesmenin
oğlunun sünnət toyunu aparmağa.
-
Aaa, deyirəm axı....
-
Stol daşırdı.
-
Nə qədər saldın?
-
Onlar bizim toya nə qədər, mən də eləcə.
-
Xoşbəxt olsunlar!
Gecə....
Ay çıxıb...
Səhər.
Quymaq.
-
Eee, bu gəlinlik donunu neynim indi? Gərək prokata götürəydim, indi
qaytarardım...
Bal
ayı. (hər adama qismət olmur).
-
Elə et ki, hamilə qayıdasan, bala. Nənənin 98 yaşı var. Bu gün-sabahlıqdı. Bir
xoş xəbər verək ona.
Qayıdırlar.
Əntiqə istirahət ediblər. Hər şey yaxşıdır. Yaşamaq, ümumiyyətlə yaxşıdır. Hə,
həyat şirindir..
Yenə
şəhər, toz-torpaq, permanent tikinti mövzusu.
Adı
məişət. İş-ev, iş-ev, iş-ev, hərdən mamagil..
“daha
gül bağışlamır...., nə tez adiləşdi hər şey?... Bəlkə kimisə var?” Büzülmüş dodaqlar.
Test.
USM. Səhərlər ürəkbulanma ilə açılır.
Öz
hesabına məzuniyyət.
Uşağa
qaynatanın babasının adı qoyulacaq – Kələntər.
Büzülmüş
dodaqlar...
Doğum
evi. Çağa.
Zır-zır.
Kim dedi ki, gecələr yatmaq üçün verilib?
Allah
pampersi yaradanın atasına rəhmət eləsin.
Vaxt
uçur. Bağça. Məktəb. Ev-iş-məktəb. Ev-iş-məktəb, hərdən mamagil.
-
Aaa, bəs ikinci uşaq nə vaxt olacaq?
İkinci
uşaq. Zır-zır, o birisinin dərsləri. Allah pampersi yaradanın.... Uşaq bağçası.
Vaxt
uçur. Ev-iş-uşaq bağçası-məktəb. Ev-iş-uşaq bağçası-məktəb. Hərdən mamagil.
Xəyanət! Depressiya. “Bəlkə damarımı kəsim?... Bəs ev-iş-məktəb-uşaq bağçası necə olsun??....” Büzülmüş dodaqlar.
Zəng.
-
Mam, belə-belə.
-
Ürəyinə salma. Onlar hamısı belədi. Zatıqırıq köpəyuşağı. Sən övladlarınçun yaşa, bala, keçər.
Keçdi.
Ev-iş.......
Bir
gün...gecə...yuxudan ayıldı, fikirlərə qərq oldu.... unutmuşdu bir şeyi.
Düşünməyə, yadına salmağa çalışdı. Heç cür xatırlaya bilmədi. Yəni
doğrudanmi??...Hə, elədir ki, var! Bu qaçaqovda bir dəfə də olsun ona ən vacib
kəlmə söylənilməmişdi, “sevirəm, sənsiz
heçdi bu dünya” deyilməmişdi.....
“Bəlkə
deyib, eşitməmişəm?” Özünü buna inandırmağa çalışdı, bir şey alınmadı. “Yox,
desəydi, bilərdim, unutmazdim. Belə şeyi unutmaq olar? Bəlkə heç sevməyib
məni?... Elə şablon üzrə evlənmişik?... Ah, ilahi, mən nə bədbəxt qadınam....!”
İllər
ötür, illər qaçır.... saç ağarır, diş tökülür, sağlamlıq gedir..
Yoldaşı
da əvvəki deyil daha. Prostatit, infarkt, yüksək qan təzyiqi.
Heç
özü də ondan uzağa getməyib. Fibroma, fəsadlar. Əməliyyat. “Mən artiq qadın
deyiləm!..”
Stress,
bilaixtiyar göz yaşları.
Uşaqlar
böyüyür. İnstitut. Ardı yüyrək kino.
Oğlan
evlənir. Gəlin zibil çıxdı.
Qız
ərə gedir. Ah, bəxtsiz balam....
Yoldaşı
artıq yoxdur həyatda. “Öldü getdi, bir dəfə də olsun “sevirəm” demədi mənə.
Bəlkə heç sevmirmiş??.... İnanmıram... Bu qaçaqovda vaxt tapdiq ki, özümüzçün
yaşayaq?!”.
Həkimlər, dərmanlar, müayinələr. “Qocalıq da bir şey deyilmiş...”
Bir
gün qapı döyülür. Qara niqablı biri daxil olur.
-
Sənsən?
-
Mənəm.
-
Vaxtdır ki?
-
Düz vaxtıdır. Bir təqvimə bax.
-
Aaa, mən özümçün yaşamadım axı.... Heç məni ürəkdən sevən də olmadı.... imkan
tapdıq ki...
-
Yığış gedirik, orda sevib-sevilərsən. Orda qaçaqov yoxdu, sakitlikdi oralar,
heç kəs də heç yerə tələsmir, bəs deyincə vaxtın olacaq.
Belə..
ən əsas kəlməni eşitməmiş getdi. Ölüm sevdi onu., öpdü gözlərindən. Elə
ehtirasla öpdü ki, qadın bir də açmadı gözlərini, bir də ayılmadı.
Cansız
bədən, dağılmış ağ saçlar, çarpayıdan sallanmış qol, o biri ovcunda sıxılmış
ürək dərmanı..
-
Aaa, niyə bəs cüməaxşamlarını vermirlər? Elə 3, 7, 40, yığışdırdılar. Ananı
belə yola salarlar? Dağ boyda oğlu, qızı, nəvələri.... Niyə belə etdilər
görəsən? Camaat nə deyər?..